püstə dodaq

Cupid’s bow губки бантиком
puşkaya götürmək (bir kəsi aldadaraq nəyisə əldə etmək)
püşk atılmışdır (qərar qəbul edilmişdir)
OBASTAN VİKİ
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Dodaq boyası
Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul. Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.
Dodaq sinxronizasiyası
Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir. Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər. Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər. Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur.
Həqiqi püstə
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) Püstə xanım 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. ● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. ● 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. ● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Püstə ağacı
Püstə Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
Əsl püstə
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Püstə Məlik-Aslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) Püstə xanım 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. ● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. ● 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. ● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Qaziantep Püstə Muzeyi
Qaziantep Püstə Muzeyi (türk. Gaziantep Fıstık Müzesi) – Türkiyənin Qaziantep şəhərində yerləşən və püstəyə həsr olunmuş muzey. Dünyada püstəyə həsr olunmuş ilk və yeganə muzeydir. Püstə Qaziantep coğrafiyası üçün əsas kənd təsərrüfatı məhsulu hesab olunur. Türkiyədə püstə yetişdirməklə məşğul olan əsas vilayət Qaziantepdir. Muzey püstənin Qaziantep tarixində və iqtisadiyyatındakı əhəmiyyətini əks etdirmək, eləcə də, Antep püstəsini dünyaya tanıtmaq məqsədilə Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən 2018-ci ildə inşa edilmiş, 21 sentyabr 2018-ci ildə açılmışdır. Muzeyin fəaliyyətinin ilk 5 ili ərzində 180 min nəfər tərəfindən ziyarət edilmişdir. Muzey 2019-cu ildə Tarixi Şəhərlər Birliyi tərəfindən "Yaşayan muzey" mükafatına layiq görülmüşdür. Püstə Araşdırmaları İnstitutunun ərazisində yaradılmış Püstə Parkında yerləşən və püstə formasında dizayn edilmiş muzey 9 bölmədən ibarətdir: püstənin tarixi, yetişdiyi bölgələr, püstə cinsinə daxil olan digər bitkilər, texniki göstəricilər, biçin prosesi, püstənin növləri, qida dəyərləri, tətbiq sahələri və şifahi tarix. Muzeydə püstənin emal prosesi mexatronik heykəllərlə nümayiş etdirilir.
Dodaq sinxronizasiyası (Lip sync)
Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir. Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər. Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər. Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur.
Püstə ağacı (Rasim Babayev)
Püstə ağacı — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1969-cu ildə tamamlanmış rəsm əsəri. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. == Tarixi və təhlili == "Püstə ağacı" tablosu rəssamın ən tanınmış əsərlərindəndir. Tablonun əsas qəhrəmanı elə mərkəzdə geniş və xaotik budaqları ilə əks olunan püstə ağacıdır. Sənətşünas Ülkər Əliyeva qeyd edir ki, əsərin yaranmasının belə bir maraqlı tarixçəsi var. "Rəssamın o zamankı emalatxanası Milli Kitabxananın yaxınlığında yerləşirmiş. Emalatxanasının qarşısında duran püstə ağacı rəssam üçün çox doğma imiş. O, bu ağaca tamaşa edər, xəyallara dalarmış. Lakin bir gün bu püstə ağacı kəsilir və yerinə yeni tipli ağac əkilir. Hadisədən xəbərsiz olan Rasim Babayev gördüyü mənzərədən təsirlənir.